Yozef Blatter: Türkiyə bizə bütün zəmanəti verib
13.06.2013 - 08:07
20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatının Türkiyədə keçirilməyi qüvvədə qalır. Apasport.az saytının məlumatına görə, bu haqda FİFA prezidenti Yozef Blatter açıqlama verib.
O bildirib ki, son vaxtlar qonşu ölkədə qarışıqlığın olmasına baxmayaraq, məkanı dəyişdirməyəcəklər: “Türkiyə tərəfi bizə bütün zəmanəti verib. Oyunlar planlaşdırılmış vaxtda keçiriləcək. Ümid edirik ki, heç bir qeyri-adi şey baş verməyəcək və yarışlar nəzərdə tutulan vaxtda olacaq. Biz yaranmış çətin şəraitdə bir daha göstərə bilərik ki, futbol insanları birləşdirir”.

0
0