Süleyman Yula yenidən Bakıda
13.06.2013 - 13:58
Süleyman Yula yenidən Bakıda
Türkiyə futbolunun tanınmış isimlərindən olan Süleyman Yula yenidən Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” və “Qalatasaray”ın sabiq hücumçusu “Topaz”ın dəvəti ilə ölkəmizə növbəti səfərini edib.

O, qurumun Peşəkar Futbol Liqası ilə bağlı bu gün keçirdiyi, aprel və mayın ən yaxşı futbolçularının, ən gözəl qollarının mükafatlandırılmağı mərasimində iştirak edib.

Qeyd edək ki, Yula bundan öncə ölkəmizə səfər zamanı apasport.az-ın qonağı olaraq, geniş müsahibə verib.