Aprel və mayın ən yaxşı futbolçuları mükafatlandırıldı
13.06.2013 - 14:15
Aprel və mayın ən yaxşı futbolçuları mükafatlandırıldı
Bu gün Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, jurnalistlər arasında keçirilən sorğunun nəticələrinə əsasən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda aprelin, “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales mayın ən yaxşı futbolçusu kimi kubok və pul mükafatına layiq görülüb. Hər 2 legioner hazırda ölkəmizdə olmadıqlarından, onlar mükafatları klublarının nümayəndələrinə təqdim olunub.

Ötən 2 ayda ən gözəl qolların müəllifləri olan “Rəvan”ın yarımmüdafiəçiləri Tofiq Mikayılovla Ramazan Abbasov da mükafatlarına sahib çıxıblar.