“AFFA və PFL-lə birgə futbola dəstək verdik, maraq yaratdıq”
13.06.2013 - 14:37
“AFFA və PFL-lə birgə futbola dəstək verdik, maraq yaratdıq”
“Peşəkar Futbol Liqası ilə əməkdaşlıqdan razı qalmışıq. Ötən 1 il ərzində verdiyimiz sözü yerinə yetirməyin həyəcanın yaşayırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Azərintelekt”in İdarə Heyətinin sədri Əhmət Sezer deyib.

O, Azərbaycan Premyer Liqasının sponsor olmağından böyük qürur duyduqlarını bildirib: “Topaz” artıq 3 ildə fəaliyyət göstərir. Respublikanın bir çox yerlərdə mərkəzlərimiz var. Biz AFFA, PFL ilə birgə futbola dəstək verdik, maraq yaratdıq. Bundan sonra bu istiqamətdə köməyimizi davam etdirəcəyik”.