Ramin Musayev: Elə klublar var ki, qeyri-qanuni oynayırlar
13.06.2013 - 14:46
Ramin Musayev: Elə klublar var ki, qeyri-qanuni oynayırlar
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “altılıq” sisteminin ləğv edilməsinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, PFL rəhbəri növbəti mövsümdən keçiriləcək 10 komandadan ibarət 4 dövrəli sistemin tətbiqinin klubların maddi durumları ilə bağlı olduğunu bildirib.

“Qalmaqal varsa, deməli, futbol da var. Toyun gözəlliyi dava-dalaşdırsa, futbolda da qalmaqaldır. 10 komandalı sistemin əsas səbəbi sponsor problemi ilə bağlıdır. Gəlin, 2 komandaya sponsor tapın, yenidən “altılıq” sistemini keçiriləcək. Hələ püşkatma olmayıb, bunu həyata keçirə bilərik. Klubların sponsor problemlərini nəzərə almaq lazımdır. Gəlin, azarkeşləri futboldan iyrəndirməyək. Milçəyi şişirdib, fil etməyək” - deyə, Musayev bildirib.

PFL prezidenti növbəti mövsümdə I divizionda iştirak edəcək Naxçıvanın “Araz” klubunun yaranmağı ilə yaranmış problemdən danışıb: “Bu komanda bizə I divizionda oynamaqla bağlı müraciət etməyib. Ancaq I divizionda iştirak edəcək 7-8 klub bizə rəsmi şəkildə Naxçıvana getməklə bağlı maddi çətinlik yaranacağını bildirib. Elə klublar var ki, I divizionda qeyr-qanuni oynayır. Qoymasam, deyəcəksiniz ki, Ramin müəllim futbolu boğur. Mən klubları, futbolçuları, onların ailələrini nəzərə alaraq, buna göz yumuram”.