“Cihan Özkaranın komandada qalması Roberto Karlosdan asılıdır”
13.06.2013 - 14:51
“Cihan Özkaranın “Sivasspor”la müqaviləsinin müddəti hələ bitməyib. Onun klubla 2014-cü ilin mayın 31-dək müqaviləsi var”. Bunu apasport.az saytına FİFA meneceri Sərdal Ebcin deyib.
Superliqada son turlar istisna olmaqla “Sivasspor”da heyətə düşməkdə çətinlik çəkən Cihan Özkaranın klubdan ayrılması və ya yenidən icarəyə verilməsi gözlənilir. Onun Almaniyada yaşayan meneceri Sərdal Ebcin də müştərisinin az-az oynamasından narahatdır.
Ebcinin sözlərinə görə, futbolçunun taleyi “Sivasspor”un yeni baş məşqçisindən asılıdır: “Bildiyiniz kimi, Roberto Karlos “Sivasspor”a yeni gəlib. O, Cihanı tanımalıdır ki, haqqında qərar versin. İstənilən halda, müştərim haqda qərarı Roberto Karlos verəcək. Hələ ki, onun komandada qalıb-qalmayacağı dəqiq deyil”.
Qeyd edək ki, “Sivasspor” iyulun 4-dən etibarən klubun bazasında yeni mövsümün hazırlıqlarına başlayacaq.
Səbuhi TOFİQOĞLU

0
0