Premyer Liqa klublarının pul mükafatı niyə kəsilib?
13.06.2013 - 15:01
Topaz Premyer Liqanın sponsoru olandan sonra çempionatının medalçılarına pul mükafatlarının ləğv olunmağına aydınlıq gətirilib. Apasport.az saytının məlumatına görə, “Azərintelekt”in İdarə Heyətinin sədri Əhmət Sezer bildirib ki, qızıl, gümüş və bürünc mükafatçılara pul verilməsi nəzərdə tutulmayıb.
O vurğulayıb ki, Peşəkar Futbol Liqası (PFL) ilə imzaladıqları müqavilədə belə bir bənd olmayıb: “Anlaşmamızda çempionatın qalibləri olan klublara pul mükafatlarının verilməyi ilə bağlı bir razılıq olmayıb. Mən bunu ilk dəfədir eşidirəm”.
PFL prezidenti Ramin Musayev məsələyə özü aydınlıq gətirib: “Əslində, bu, “Topaz”a yox, mənə veriləsi sualdır. Sponsorun verdiyi pulun hara xərclənəcəyi bizə aid məsələdir. Sizə deyim ki, klublar həmin məbləğin 20 faizini siz jurnalistlərə versə, mən mükafatları yenidən bərpa edəcəyəm. Klublar cərimələrin 50-60 faizini verməyib. Bəlkə də növbəti mövsüm öncəsi klublara hədə-qorxu gəlsək ki, futbolçularınızı qeydiyyatdan keçirməyəcəyik, ola bilsin bu rəqəm 30 faizə enər”.
Qeyd edək ki, Unibank Premyer Liqaya sponsor olanda, qızıl medalçı 150 min, gümüş medalçı 100, bürünc medalçı 75 min mükafat verilib.

0
0