“Daha Berti Foqtsun çaldığı havaya oynamayacağıq”
13.06.2013 - 15:12
“Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda baş tutmamağında biz daha çox itirdik”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Türkiyə Futbol Federasiyasının avqustun 11-ə planlaşdırılan “Qalatasaray” – “Fənərbaxça” görüşünün Bakıda keçirilməməyinə münasibət bildirən Musayev həmin gün çempionatımızda turun oyunlarının olduğunu deyib: “Bəli, Superkubok matçının Bakıda keçirilməməyində müstəsna xidmətim var. Bundan sonra məni Türkiyəyə buraxmayacaqlar (gülür). Növbəti mövsümdə çempionatımızda oyunların sayı çox olacaq. Təqvimdə sıxlıq olduğundan, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla razılaşmadığımız məqamlar var. Buna kimi Foqtsun çaldığı hava ilə oynamışıqsa, bundan sonra belə olmayacaq. Oyunlarımız Novruz bayramında düşəndə, azərbaycanlı klub rəhbərləri buna etiraz etmirlər. Ancaq başqa din mənsubları öz bayramlarına düşəndə, az qala bizi öldürürlər. Nə olsun ki, oyun bayrama düşür? İspaniya, İngiltərədə bayramda oynayırlar”.

0
0