“Bunlar olmazsa, işə mafiya qarışar”
13.06.2013 - 17:35
“Fənərbaxça” və “Qalatasaray” klublarının sabiq futbolçusu Səlcuq Yulanın apasport.az saytına müsahibəsi
- Azərbaycana növbəti səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Mənim “Topaz”la əməkdaşlığımdan artıq 1 il keçir. Yadımdadır, ötən yay Bülənt Korkmazla birgə bəzi telekanalların, həmçinin “apasport”un qonağı olub, Avropa çempionatında şansları dəyərləndirmişdik. İndi isə “Topaz” tərəfindən ayın futbolçusu, ən gözəl qolu ilə bağlı tədbirə dəvət olunmuşam. Təbii ki, Azərbaycan Türkiyə ilə qardaş ölkə olduğundan, sizlər həmişə qəlbimizdəsiniz. Bura futbol üçün gəlmişəm. Əgər Azərbaycan futbolunun inkişafı üçün bir şey edə biləriksə, buna çox sevinərəm.
- “Topaz”la müqaviləniz başa çatır, yoxsa?
- Bizim anlaşmamız dostluq üzərində qurulub. Əhmət Sezerlə (“Azərintelekt”in İdarə Heyətinin sədri nəzərdə tutulur - red.) çoxdan dostuq. Yəni, bu əməkdaşlıq qarşılığında pul almıram.
- Azərbaycan və Türkiyənin futbol sahəsində gələcək əməkdaşlığının hansı istiqamətdə getməsini istərdiniz?
- Dediyim kimi, burda türkiyəli məşqçilərlə yanaşı, vaxtilə futbolçular da oynayıb. Elə sizin oyunçulardan da Türkiyədə çıxış edənləri olub. İstəyim odur ki, Azərbaycanla Türkiyə arasında futbolçu alış-verişi daha da irəliyə getsin. Məsələn, Türkiyədə çox gözəl gənc futbolçular var. Təki burda onlardan faydalansınlar.
- Biz Türkiyə klublarının azərbaycanlı futbolçularla da maraqlanmalarını istərdik. Ancaq demək olar maraq yoxdur. Bu yöndə vasitəçi ola bilərsiniz?
- Azərbaycanlıların Türkiyəyə getmələrini çox istəyirəm. İnşallah, qarşıdakı müddətdə bunun reallaşması yönündə öz səylərimi göstərmək fikrindəyəm.
- Futbolumuzla bağlı başqa hansı planlarınız var?
- Mən “Topaz”ın təbliğatı ilə məşğulam. Hər gün Azərbaycanda olmuram ki... Ayda 1 dəfə gəlirəm, vəssalam.
- “Topaz”ın futbolun inkişafında rolunu necə görürsünüz?
- Azərbaycanda “Topaz”dır, Türkiyədə isə “İddaa” adlanır. Bunlar olmazsa, işə mafiya qarışar. Mərc oyunları bütün dünyada var. Ancaq bunların rəsmi olmağı vacibdir. Bununla, mafiyanın qarşısı alınar. Ölkənizdə idmanın inkişafına böyük xidmət göstərilir. Ən önəmli olan budur. Məsələn, “İddaa”nın hazırda Türkiyə futboluna verdiyi pulun həddi-hesabı yoxdur. Trabzonda, Urfada, Kayseridə tikilən stadionlar, “Qalatasaray”ın yeni arenası, “Beşiktaş”ın inşa edəcəyi stadionların hamısında “İddaa”nın adı var. “Topaz” da fəaliyyətə yeni başlayıb, ancaq aldığım məlumata görə, yenə futbolunuza böyük pullar yatırır.
- Türkiyə Futbol Federasiyası “Qalatasaray”la “Fənərbaxça” arasında Superkubok oyununu Bakıda keçirilməyi ilə bağlı AFFA-ya müraciət etsə də, müsbət cavab almadı. Həmin matçın ölkəmizdə keçirilməyəcəyini necə qarşıladınız?
- Həmin matçın Bakıda keçirilməsini çox istərdim. Əslində, bunu ən çox istəyən mən idim. Ancaq niyə belə oldu, bilmədim. AFFA oyunun burda keçirilməsini istəmədi. Bunun səbəbini AFFA-dan, Ramin Musayevdən soruşun.
- Necə düşünürsünüz, bu imtinadan sonra Türkiyə Futbol Federasiyası yenidən AFFA-ya müraciət edər?
- Türkiyə ilə Azərbaycan arasında münasibətlər həmişə yaxşı olub, bundan sonra da belə olacaq.
Mehman SÜLEYMANOV

0
0