Mingəçevirdə “Mançester Yunayted” üçün seçim - FOTOSESSİYA
13.06.2013 - 17:50
Mingəçevirdə “Mançester Yunayted” üçün seçim - FOTOSESSİYA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunur. Apasport.az saytının məlumatına görə, seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.

Seçim turu üçün bu gün Mingəçevir şəhərində aparılan qeydiyyat prosesindən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:

Mənbə: affa.az