“Qarabağ” artıq Türkiyədədir
13.06.2013 - 18:24
“Qarabağ” artıq Türkiyədədir
Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qarabağ” artıq Türkiyədədir. Apasport.az saytının məlumatına görə, Avroliqaya hazırlaşmaq üçün bu gün səhər Bakı-Ankara reysi ilə yola düşən Ağdam klubun yerli saatla 12-də qardaş ölkəyə çatıb.

Ardınca təlim-məşq toplanışının keçiriləcəyi Qızılcahamam bölgəsinə yollanan baş məşqçi Qurban Qurbanovun yetirmələri məskunlaşdığı “Patalya” otelində günorta yeməyindən sonra istirahətə çəkilib.

Qeyd edək ki, “Qarabağ”ın günə tək çalışması nəzərdə tutulub.