“Şaxtyor” braziliyalı yarımmüdafiəçini aldı
13.06.2013 - 18:52
“Şaxtyor” braziliyalı yarımmüdafiəçini aldı
Ukrayna çempionu “Şaxtyor” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Donetski klubu “Qremio”nun gənc yarımmüdafiəçisi Fernandonu transfer edib.

“Şaxtyor” Braziliya təmsilçisinə 21 yaşlı futbolçunu əldə etmək üçün 11 milyon avro ödəyib. Ukraynalılar Fernando ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Fernando Braziliya milli komandasının heyətində 6 oyunda meydana çıxıb.