Messi və atasına köhnə dostlarından dəstək gəldi
13.06.2013 - 19:15
“Barselona”nın hücumçusu Lionel Messi və atası Orasio Xorxu 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəməkdən boyun qaçırdıqları iddiası ilə məhkəməyə verildikdən sonra köhnə dostlarından dəstək gəlib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun sabiq prezidenti Xuan Laporta argentinalıların bu hadisədən xəbərsiz olduğunu ifadə edib.
O bildirib ki, burada 3 nəfər günahkardır: “Nə Messinin, nə də atasının belə bir iş görməsinə inanmıram. Bu hadisədə 3 nəfərin günahı ola bilər. Messi və atasını yaxşı tanıyıram, onlar həmişə qanunlar çərçivəsində iş görüblər. Mən “Barsa”nın prezidenti olan zaman bunların şahidiyəm. Lionel və Orasio həmişə belə hadisələrdə diqqətli idi. Hətta öz ölkələrində də belə şeylərə yaxından yanaşırdılar”.
Qeyd edək ki, Xuan Laporta 2003-cü ildən 2010-cu ilə qədər “Barselona”nın prezidenti olub.

0
0