Fil Dişi Sahili yığmasının məşqində futbolçular dalaşdı - FOTO
13.06.2013 - 19:41
Fil Dişi Sahili millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Tanzaniya ilə oyun öncəsi hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin bugünkü məşqində xoşagəlməz hadisə baş verib.
Belə ki, “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Əbdül Razakom ilə “Orduspor”un futbolçusu Jan-Jak Qosso arasında öncə insident yaranıb. Daha sonra hər iki oyunçu dava etməyə başlayıb. Dalaşanları isə Əbdül Razakomla ingilis klubunda çiyin-çiyinə mübarizə aparan Yaya Ture ayırıb. Həmçinin Ture belə hadisə ilə bir dəfə də üzləşib. 30 yaşlı futbolçu “Mançester Siti”də komandanın sabiq baş məşqçisi Roberto Mançi və Mario Balotellinin məşq zamanı dalaşmasına da şahidlik edib.
Qeyd edək ki, Əbdül Razakom və Jan-Jak Qosso dava etdikləri üçün komandadan uzaqlaşdırılıblar.

0
0