Nikolas Kanales: Mənim üçün belə yaxşıdır
14.06.2013 - 10:35
Nikolas Kanales: Mənim üçün belə yaxşıdır
Vurduğu 26 qolla Topaz Premyer Liqasının ən məhsuldar hücumçusu olan Nikolas Kanales “Neftçi” klubundan ayrılsa da, hələlik gedişinə münasibət bildirməyib. Bununla belə, çilili futbolçu “twitter” sosial şəbəkəsindəki profilində “ağ-qaralar”dan getdikdən sonra ilk fikirlərini paylaşıb: “Bu, o deməkdir ki, Allah belə istəyir. Mənim üçün belə olmağı yaxşıdır...”.

Qeyd edək ki, son məlumatlarda Nikolas Kanalesin “Neftçi”dən ilinə 1 milyon dollar istədiyi, məhz bu səbəbdən tərəflərin ortaq məxrəcə gələ bilməməsi vurğulanır.