Rövnəq Abdullayevin əmri ilə İşçi Qrupu yaradıldı
14.06.2013 - 11:51
AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə Bakının keçirmək istədiyi 2020-ci il Avropa çempionatı ilə əlaqədar İşçi Qrupu yaradılıb. Apasport.az saytının məlumatın görə, bu, namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə edilib.
İşçi Qrupunun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Əmrin icrasına nəzarəti Abdullayev öz üzərinə götürüb.
Qeyd edək ki, paytaxtımızın namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.
Mənbə: affa.az

0
0