“Azərbaycanda tərəzinin gözü əksinədir”
14.06.2013 - 14:23
“Britaniyalı futbolçuların texniki cəhətdən kifayət qədər yaxşı olmamaqlarına dair müzakirələr getsə də, mən bununla razı deyiləm. Biz alman və ispanlardan səviyyə baxımından geri qalmırıq. Sadəcə, bu, bizim oynamağa cəhd göstərdiyimiz sistemin əsas fərqindəndir”. Bunu AZAL-ın aşağı yaş qrupları üzrə ingilis direktoru Deril Uillard deyib.
Britaniya mətbuatı İngiltərə U-21-inin hazırda davam edən Avropa çempionatındakı uğursuzluğunun səbəbini gənclər üzrə məşqçi kimi Uillarddan da öyrənməyə ehtiyac duyub. “Qəbələ”nin əvəzedici komandasının sabiq çalışdırıcısı yığmanın texniki cəhətdən oynaya bildiyini, İspaniya və Almaniya futbolundan fərqlənən öz oyun fəlsəfələrini ortaya qoymalarını, belə olduqda 10-15 ilə millidə bunun nəticələrinin görüləcəyini bildirilib.
Yeri gəlmişkən, bu gün İngiltərədən Bakıya qayıdacaq 30 yaşlı direktor şəhərimiz haqda, işlədiyi klub haqda da danışıb: “Mən indi paytaxtda, Bakıdayam. Bu şəhər digər paytaxtlara oxşayır. “McDonalds” çatışmazlığı ilə üzləşməssiniz. Klub isə möhtəşəmdir və onlar mənə bütünlüklə dəstək verir. Mən oranı sevirəm. Bəzən mədəni fərqliliklərə görə çətinlik olur. Burda kimsə xəstələnəndə ona baş çəkmirsən. Ancaq orda tərəzinin gözü əksinədir. Hazırda orda mövsümöncəsi 40 dərəcə isti var. Sən 30 yaşında İngiltərədə belə bir imkan əldə edə bilməzsən. Məhz bu üzdən mən xaricə getdim. Toni Adams və Qari Stivens mənə vəzifə təklif etdi və bu şansımdan yararlandım. İngiltərə sistemi isə bizim gənc məşqçiləri boğur”.

0
0