“Qəbələ”dən daha bir transfer – FOTO
14.06.2013 - 15:11
“Qəbələ”dən daha bir transfer – FOTO
Mövsümlərarası fasilədə transfer fəallığı ilə diqqət çəkən “Qəbələ” daha bir futbolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, komanda “Kuban”ın hücumçusu Əbdülvahid Afolabi ilə müqavilə imzalayıb.

Son mövsümdə 2 oyun keçirdiyi Krasnodar təmsilçisi ilə yollarını ayıran 22 yaslı legionerlə “1+1” şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, “Qəbələ” bunadək “Simurq”dan qapıçılar - polşalı David Pieterzkeiviçlə Dmitri Kramarenko, “İnter”dən müdafiəçi Vladimir Levin, orta sahə oyunçuları Nizami Hacıyevlə seneqallı İbrahima Niasse və “Ayaks”ın hollandiyalı sol cinah yarımmüdafiəçisi Lorenzo Ebesilyonu transfer edib.