“Fənərbaxça” Bakıya gəlir?
14.06.2013 - 15:58
“Fənərbaxça” Bakıya gəlir?
Avqustun 11-də Türkiyə Superkuboku uğrunda “Qalatasaray”la qarşılaşacaq “Fənərbaxça”nın Azərbaycana səfər etməsi yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ölkəmizdə yoldaşlıq görüşü keçirə bilər.

Belə ki, adı açıqlanmayan klublarımızdan biri Türkiyə kubokunun son qalibini yoxlama matçı keçirmək üçün Bakıya dəvət edib. Təşkilatçılar oyunun paytaxtda olmağı yönündə çalışırlar.

Qeyd edək ki, avrokuboklarda ilk rəqibimiz kimi tarixə düşən, 1994-cü ildə “Turan”a UEFA kubokunda 5:0 və 2:0 hesabı ilə qalib gələn “Fənər”lə yoldaşlıq görüşü keçirməmişik.