“Xəzər Lənkəran”ın sabiq legioneri məhkəməni uddu
14.06.2013 - 16:21
“Xəzər Lənkəran”ın sabiq legioneri məhkəməni uddu
“Xəzər Lənkəran”ın sabiq legioneri İbrahima Banqura ilə “Dənizlispor” arasındakı məhkəmə başa çatıb. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə şərəfini qoruduğu Dənizli təmsilçisindən 420 min dollarlıq təzminat almaq üçün FİFA-ya müraciət edən Qvineya yığmasının yarımmüdafiəçisi geri çəkilməli olub.

Belə ki, rəhbərliklə görüşdən sonra 120 min dollar güzəştə gedən İbrahimaya 300 min dollar ödənilməsi barədə qərar çıxarılıb. “Dənizlispor” afrikalıya 80 mini nağd, qalanını köçürmə yolu ilə ödəyəcək.

Qeyd edək ki, ötən mövsümü Yunanıstanın “İraklis” klubunda keçirən Banqura 2011-ci ildə “Xəzər Lənkəran”da ilk 6 ay forma geyərək (5 oyun, 184 dəqiqə), ölkə kubokunun qalibi olub. O, mövsüm bitəndən sonra lazım olmadığından qovulub.