Millimiz Avstriya klubları ilə 3 oyun keçirəcək
14.06.2013 - 16:45
Millimiz Avstriya klubları ilə 3 oyun keçirəcək
Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu komanda yerli klublarla – iyunun 26-da “Kapfenberq”, 28-də “Admira Vakker” və 30-da “Şturm”la üzləşəcək.

Millimiz iyunun 21-dən 23-dək Bakıda hazırlıq keçəndən sonra Avstriyaya yollanaraq, iyulun 1-dək orada toplanışda olacaq. Yığmanın heyətinə son olaraq “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə dəvət olunub.

Mənbə: affa.az