Yığmamız İsrailə biabırçı hesabla uduzdu
14.06.2013 - 16:47
Yığmamız İsrailə biabırçı hesabla uduzdu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İsrail yığması ilə qarşılaşan millimiz 1:7 hesabı ilə məğlub olub. Futbolçularımızdan Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, seçmə mərhələ oyunları İtaliyanın Terracina şəhərində təşkil olunub.

Mənbə: affa.az