Con Toşak güclü rəqib istəmədi
14.06.2013 - 17:08
Con Toşak güclü rəqib istəmədi
“Xəzər Lənkəran” iyunun 19-dan yollanacağı Almaniyada 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə qarşılaşmayacaq.

Buna səbəb isə baş məşqçi Con Toşakın futbolçularını Avroliqa oyunu zamanı mümkün zədələrdən qorumaq istəyidir. Ona görə də yoxlama oyunları zamanı daha çox orta səviyyəli komandalara üstünlük veriləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” iyunun 28-i və 30-da yoxlama oyunları keçirəcək. Ancaq hələ ki sınaqçı rəqiblərin adları məlum deyil.