“Subaşiçlə ilkin müqavilə bağladıq”
14.06.2013 - 17:44
“Orduspor” rəsmən Branimir Subaşiçlə anlaşıb. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu ilə Türkiyənin 1-ci dəstə klubu arasında ilkin müqavilə bağlanılıb.
Bu məsələ ilə bağlı “Orduspor”un prezidenti Nədim Türkmən klubun azarkeş saytına verdiyi açıqlamasında qısaca bunları deyib: “Subaşiç ilə ilkin müqaviləni bağladıq. Futbolçu bazar ertəsi Belqraddan İstanbula gələcək”.
Həmin mənbədə o da qeyd olunub ki, Branimir Subaşiç ötən mövsümün yayında “Adanaspor”a keçə bilərmiş, hətta bu klubla anlaşıbmış. Ancaq onun məxsus olduğu klub - “Xəzər Lənkəran” futbolçusunu ora göndərmək istəməyib.
Qeyd edək ki, 2010-cu ildə “Orduspor”da yığmamızın daha bir üzvü Anatoli Ponomaryov çıxış edib. O, klub karyerasını məhz orda başa vurub.

0
0