“Qalatasaray”ın sabiq baş məşqçisi “Qrasshoppers”də
16.06.2013 - 17:09
“Qalatasaray”ın sabiq baş məşqçisi “Qrasshoppers”də
Baş məqşçi Mixail Skibbenin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bundan sonra “Qrasshoppers”i çalışdıracaq.

İsveçrə klubu Skibbe ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mixail futbol karyerasını 22 yaşında başa vurub. O, 33 yaşından etibarən məqşçilik edir. Skibbe Dortmund “Borussiya”sı, “Bayer”, “Qalatasaray” kimi klubları çalışdırıb. 2002-ci il dünya çempionatında Mixail Almaniya milli komandasının baş məşqçisi Rudi Föllerin köməkçisi olub. O, 2012-ci ildən “Karabükspor”dan ayrılandan sonra işsiz idi.