“Terek” də “İnter”lə oynayası olmadı
17.06.2013 - 09:17
Rusiyanın “Terek” klubunun Avstriya toplanışı zamanı qarşılaşacağı sınaqçı rəqiblərin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyunun 14-dən adıçəkilən ölkədə hazırlıqlara başlayan Qroznı təmsilçisi 3 klubla gücünü sınayacaq.
Bunların arasında isə hazırda “Terek” kimi Avstriyada toplanışda olan “İnter”in adı yoxdur. Belə ki, Yuri Krasnojanın yetirmələri iyunun 18-də “Skenderbeu” (Albaniya), 22-də “İnsbruk” (Avstriya) və 26-da “Sevastopol”la (Ukrayna) qüvvəsini sınayacaq.
Qeyd edək ki, “İnter”in Avstriya toplanışı zamanı “Slaviya”, Buxarest “Dinamo”su və “Terek”lə gücünü sınayacağı deyilirdi. Bundan öncə “Dinamo”nun da “bankirlər”lə qarşılaşmayacağı məlum olmuşdu. Yeni təyin olunan baş məşqçi George Multsesku ümumiyyətlə komandasını Avstriyaya aparmağa ehtiyac duymamışdı.

0
0