Petar Zlatinov sabiq klubuna dönür
17.06.2013 - 09:32
“İnter”də ardıcıl 5 mövsüm keçirən Petar Zlatinov karyerasını ölkəsi Bolqarıstanda davam etdirməyə yaxındır. Apasport.az-ın gong.bg saytına istinadən verdiyi məlumata görə, Zlatinovun xidmətində “Liteks” maraqlıdır.
Həmin saytın əməkdaşı İvaylo Yovçevin iddiasına görə, Loveç klubu 32 yaşlı futbolçu ilə güclənmək istəyir. Tərəflər arasında anlaşma baş tutsa, yaxın günlərdə Zlatinov sabiq klubu olan “Liteks”də çıxış edəcək.
Qeyd edək ki, Zlatinov “İnter”ə məhz “Liteks”dən gəlib. O, bu klubda çıxış etdiyi 2005-2007-ci illər ərzində 56 oyun keçirib və 9 qola imza atıb. Baş məşqçi Lyupko Petroviçin vaxtında Petar Avroliqanın 1/16 finalında da oynayıb.

0
0