Admir Teli: “Qəbələ”yə qarşı oyunlarda çətinlik çəkmişəm - MÜSAHİBƏ
17.06.2013 - 15:59
Admir Teli: “Qəbələ”yə qarşı oyunlarda çətinlik çəkmişəm - MÜSAHİBƏ
Hazırda Admir Teli “Qarabağ”ın düşərgəsində Türkiyə hazırlıqlarında iştirak edir. Apasport.az saytının məlumatına görə, Albaniya yığmasının mərkəz müdafiəçisi “İmarət” fanklubunun Facebook səhifəsinə müsahibə verib.

- Admir, geridə qalan mövsüm barədə nə deyə bilərsən?
- Daha yaxşı oynaya bilərdik. Düşünürəm ki, mövsümün ikinci yarısında oyunumuz yaxşı alındı. Belə fikirləşəndə, mövsüm uğurlu bir çıxış kimi yadımda qalıb.

- Sən klubda əsas müdafiəçisən. Son oyunlar oynamadığın üçün çempionluq yarışında zəiflədik. Sən də düşünürsənmi ki, əvəzedənin yoxdur?
- Xeyr, heç belə fikrim olmayıb. Biz yaxşı komandayıq. Yaxşı komandada da əvəzedici yaxşı olmalıdır. Fikrimcə, digər oyunçularımız da layiqli performans sərgilədi.

- Son mövsümdə sənin üçün ən çətin hücumçu kim oldu?
- Mənim üçün qarşısında xüsusən çətinlik çəkdiyim oyunçu yoxdur. Ancaq “Qəbələ”yə qarşı oyunlarda daha çox çətinlik çəkmişəm. Bu da onların oyunçularının fiziki cəhətdən yüksək səviyyədə olmaları ilə bağlı idi.

- Komandadan bu il 8-9 oyunçu getdi. Səncə, hansı futbolçu daha yaxşı idi?
- Hamısının komandaya köməkliyi oldu. Mənim bu barədə fikrim önəmli deyil. Əsas olan baş məşqçimizin seçimi idi ki, o da seçimini edib.

- Avroliqaya ötən mövsümlərə nisbətən zəif heyətlə getdiyinizi düşünürsənmi?
- Komandanın o vaxta nisbətən daha zəif və ya daha güclü olduğunu deyə bilmərəm. Ancaq onda daha sıx bir yerdə olurduq. İndi gəlib-gedənlər çoxdur. Münasibətlərin istiləşməyi bir az vaxt aparır.

- Ev oyunlarını Ağdamda oynamaq məsələsinə necə baxırsan?
- Azarkeşlərimizin qarşısında oynamaq əla idi. Rəqib komandalara da basqı olurdu. Ancaq bundan əvvəl bizim hazırlıqlarımız var idi. Bütün çempionat oyunlarını şəraitsiz yerdə keçirmək bizə çətin olurdu.

- Sonda azarkeşlərə sözün varmı?
- Biz istəyərik ki, azarkeşlərimiz daha çox olsun. Buna görə onları stadionlara səsləyirəm.