Sadıq Sadıqov: Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur
17.06.2013 - 16:22
Sadıq Sadıqov: Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur
“Neftçi” bu mövsümdə ilk transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman bu gün braziliyalı müdafiəçi Karlos Aleşandre Kardoso ilə iki il müddətinə müqavilə imzalayıb.

29 yaşlı braziliyalı “Neftçi”də 2 nömrəli formanı geyinəcək. Bu formanı əvvəllər çilili Xose Kabion geyinirdi. Yeni transfer bu gün klubun bazasında olub və “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşüb.

Sadıqov yeni transferlə bağlı açıqlama verib: “Bilirsiniz ki, “Neftçi”nin hədəfləri hər zaman böyük olub. Əminəm ki, Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur. Bu oyunçu həm daxili çempionatda, həm də Çempionlar Liqasında komandamızın gücünə güc qatacaq. Lakin Kardoso ilə kifayətlənmək niyyətində deyilik. Çempionlar Liqasında azarkeşlərimizi sevindirmək və uğurla çıxış etmək üçün heyətimizi daha da gücləndirəcəyik”.