“Neftçi”nin rəqibi yenə uduzdu
25.06.2013 - 23:04
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ilk rəqibi olan “Skenderbeu” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Albaniya çempionu sözügedən ölkədə növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb.
İyunun 18-də “Terek”ə (2:0), 3 gün sonra isə “Şaxtyor”a (7:0) uduzan təmsilçimizin rəqibi bu dəfə “Volqa” ilə münasibətlərinə aydınlıq gətirib. “Skenderbeu” görüşdən yenə qalib ayrıla bilməyib. Matç 2:0 hesabı ilə Rusiya klubunun xeyrinə tamamlanıb.
Qeyd edək ki, “Neftçi” də növbəti mövsümə hazırlıqlarını Avstriyada davam etdirir.

0
0