“Neymarla Messi arasında rəqabət olacaq”
26.06.2013 - 01:43
“Neymarla Messi arasında rəqabət olacaq”
“Barselona”nın sabiq baş məşqçisi Yohan Kroyff Kataloniya təmsilçinin yeni transferi Neymarın keçidini şərh edib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis 21 yaşlı futbolçunun transferindən sonra Lionel Messinin satılmağının doğru olduğunu düşünür.

Kroyff bildirib ki, hər iki güclü oyunçunun eyni komandada çıxış etməsi aralarında rəqabətin artmasına gətirib çıxaracaq: “Barsa” Neymarı alıb, Messini satmalıdır. Mən bilirəm, çoxları bununla razılaşmaq istəmir. Amma razılaşanlarda olacaq. Düşünürəm ki, indi komanda təhlükə altındadır. Məsələn, Neymar çox yaxşı cərimə zərbələrini yerinə yetirir. Lionelin də necə cərimə zərbəsi vurduğunu bilirik. Belə olan halda, komandada bu vəzifəni kim yerinə yetirəcək? Bu tip məsələlər onlara problem yarada bilər və mən həmişə belə mübarizənin qarşısının alınmasının tərəfindəyəm”.

Qeyd edək ki, Yohan Kroyff 1988-1996-cı illər arasında “Barselona”nı çalışdırıb.