AFFA-nın baş katibi Avro-2016-nın loqosunun təqdimetmə mərasimində iştirak etdi
26.06.2013 - 23:22
Bu gün Fransanın paytaxtı Paris şəhərində 2016-cı ildə təşkil olunacaq Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə təşkilatçı qurumun dəvətinə əsasən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Qeyd edək ki, SOCAR bu çempionatın, o cümlədən Avro-2016-nın seçmə mərhələsinin sponsorlarından biridir.
Mənbə: affa.az
Qeyd edək ki, SOCAR bu çempionatın, o cümlədən Avro-2016-nın seçmə mərhələsinin sponsorlarından biridir.
Mənbə: affa.az
0
0