“İnter” - “Mariehamn” matçı litvalı referiyə tapşırıldı
26.06.2013 - 23:28
“İnter” - “Mariehamn” matçı litvalı referiyə tapşırıldı
Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində baş tutacaq olan “İnter” - “Mariehamn” qarşılaşmasının baş hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin görüşünün litvalı referi Serqeyus Sliva idarə edəcək.

33 yaşlı hakim artıq bir neçə ildir UEFA bayrağı altında keçirilən müxtəlif turnirlərin oyunlarına dəvət alır.

Qeyd edək ki, “İnter” - “Mariehamn” matçı iyulun 4-də, “Bayıl Arena”da keçiriləcək. Oyunun hələ başlama saatı isə bilinmir.