“Slima” – “Xəzər Lənkəran” matçının başlama vaxtı dəqiqləşdi
27.06.2013 - 00:00
“Slima” – “Xəzər Lənkəran” matçının başlama vaxtı dəqiqləşdi
Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Slima” – “Xəzər Lənkəran” matçının başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Maltada baş tutacaq oyunun start fiti yerli vaxtla 17:45-də (Bakı vaxtı ilə 20:45-də) veriləcək.

İyulun 2-də təşkil olunacaq qarşılaşma Ta-Qali şəhərinin eyniadlı stadionunda oynanılacaq. Matçı estoniyalı Erik Saar idarə edəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” iyun ayının 29-da gecə saatlarında Almaniyanın Bad Gogginq qəsəbəsini tərk edib, Maltaya yola düşəcək. Cavab qarşılaşması isə iyulun 11-də Lənkəranda keçiriləcək.