“Avro-2020-ni ölkəmizdə keçirmək şansları azdır”
27.06.2013 - 01:14
“Əslində siz hadisələri qabaqlayırsınız. Əlbəttə, dərhal sual ortaya sual çıxdı. Rusiya qitə birinciliyinə sifariş verməkmi? Məlumdur ki, 2018-ci ildə Rusiya dünya çempionatına ev sahiblik edəcək. Bunun üçün də dərhal bizim şanslarımız ağa enir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.
Nazir Avro-2020-yə ölkələrinin şanslarının az olduğunu bildirib: “Bəzi ölkələr dərhal deyəcək ki, niyə eyni dövlətdə yenə futbol turniri keçirilir. Biz obyektiv danışmalıyıq. Avro-2020-ni ölkəmizdə keçirmək şanları azdır. Nə etmək lazımdır ki, şanslar real olsun? Bizim namizədliyimiz irəli sürülmüş tələbləri təmin etməlidir. Təbii, şəhər lazımlıdır. Düzdür, şəhərlərimiz hazırdır. Seçim Moskva və ya Peterburq olacaq. Paytaxt turnirlərlə yüklənəcək. Burada çox ciddi yarışlar keçiriləcək. Həmçinin yüngül atletika və hokkey üzrə çempionatlar da reallaşacaq”.
Qeyd edək ki, Avro-2020 ilk dəfə Avropanın 12 müxtəlif şəhərində baş tutacaq. Bu turniri AFFA da Bakıda keçirmək istəyir. Milli federasiyalar isə 25 aprel 2014-cü il tarixinə qədər turnirə sifarişlərini verməlidirlər. Həmin ilin 14 sentyabrında isə hansı ölkələrdə keçiriləcəyinə aydınlıq gələcək.

0
0