İsko “Real”a keçdi
27.06.2013 - 02:01
İsko “Real”a keçdi
“Malaqa”nın gənc yarımmüdafiəçisi İsko yeni mövsümdən etibarən “Real”ın şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, “Kral klubu” 21 yaşlı futbolçunun keçidini həll edib.

Bu haqda madridlilərin prezidenti Florentino Peres yerli radioların birində açıqlama verib. O bildirib ki, İskonun transferi ilə bağlı “Malaqa” ilə razılaşdıq. İspaniyalı oyunçu gələn həftə ictimaiyyətə təqdim ediləcək. Lakin əvvəlcə o, tibbi müayinəni keçəcək.

İspaniya mətbuatının məlumatına görə, “Real” İsko ilə 5 illik müqavilə imzalayacaq.