Canluici Buffon: Hədəfimizi göstərməliyik
27.06.2013 - 03:03
“Bu, önəmli turnirin yarımfinal oyunudur. Biz Konfederasiyalar Kubokuna böyük əhəmiyyət veririk”. Apasport.az saytının məlumatına görə, bu sözlər İtaliya milli komandasının qapıçısı Canluici Buffona məxsusdur.
Təcrübəli qolkiper İspaniya millisi ilə Konfederasiyalar Kubokunun yarımfinal matç öncəsi fikirlərini bildirib: “Hazırda ən güclü yığma komandaya qarşı oynamaq lazımdır və biz ən yaxşı oyunumuzu göstərmək istəyirik. Avro-2012-nin finalının nəticəsi bizə yaraşmayan nəticə oldu. Bu matçda hədəfimizi göstərməliyik. Rəqiblə bizim aramızda fərq o qədər də böyük deyil. Hərçənd İspaniya hər kəs üçün nümunədir, axı onlar çempionlardır”.
Qeyd edək ki, Avro-2012-nin finalında İspaniya İtaliyanı 4:0 hesabı ilə məğlub etmişdi.

0
0