Teves “Yuventus”la 3 illik müqavilə imzaladı - FOTO
27.06.2013 - 03:41
Teves “Yuventus”la 3 illik müqavilə imzaladı - FOTO
“Yuventus” “Mançester Siti”nin hücumçusu Karlos Tevesin keçidini rəsmən elan edib. Apasport.az saytının məlumatına görə, Turin klubu bu haqda “Tvitter”də bildirib.

İtaliya təmsilçisi 29 yaşlı futbolçu ilə 30 iyun 2016-cı ilə qədər müqavilə imzalayıb. Bu gün isə Karlos tibbi müayinədən keçəcək. Daha sonra o, ictimaiyyətə təqdim ediləcək.

Teves “Yuventus”da “Qoca Sinyora”nın əfsanəvi futbolçusu Alessandro Del Pyeronun 10 nömrəli formasını geyinəcək.