“Qarabağ” “Mordoviya”nı məğlub edə bilmədi - YENİLƏNİB
27.06.2013 - 20:55
Bu gün ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Ağdan təmsilçisi yenə Rusiya “Mordoviya”sı ilə qarşılaşıb.
İyunun 24-də Saransk klubu ilə üz-üzə gəlib, rəqibinə 3:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdır. Lakin “Qarabağ” meydandan qalib ayrıla bilməyib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Görüşdə təmsilçimizin qolunu 28-ci dəqiqədə Reynaldo vurub.
Qeyd edək ki, “Mordoviya” Rusiya Premyer Liqasının son mövsümünü 15-ci pillədə başa vuraraq, aşağı diviziona yuvarlanıb. “Qarabağ”ın rəqibi ötən yay (iyunun 21-də) yoxlama görüşündə “Neftçi”ni də darmadağın etmişdi - 4:0.
Yoxlama oyunu
27 iyun
“Qarabağ” (AZƏRBAYCAN) – “Mordoviya” (RUSİYA) - 1:1
QOL: Reynaldo, 28

0
0