Skolari: Azarkeşlərimiz əsl ulduz idilər
27.06.2013 - 05:04
“Bu, DÇ-2002-dən bu yana mənim məşqçi kimi keçirirdim ən çətin oyunum idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya milli komandasının baş məşqçisi Luis Felipe Skolari deyib.
Təcrübəli mütəxəssis Konfederasiyalar Kubokunun yarımfinalında Uruqvay yığmasına 2:1 hesabı ilə qalib gəlib, finala çıxmalarını şərh edib: “Futbolçularımın meydanda göstərdiyi oyuna çox valeh oldum. Bu gün azarkeşlərimiz də əsl ulduz idilər. Onlar bizə problemlərimizin öhdəsindən gəlməyə kömək etdilər və bizi finala gətirib çıxardılar”.
Qeyd edək ki, Braziliyanın heyətində 41-ci dəqiqədə Fred və 86-cı dəqiqədə Paulino fərqlənib. Uruqvayın yeganə qoluna isə 48-ci dəqiqədə Edinson Kavani imza atıb.

0
0