Avrokuboklarda startı Azərbaycan klubları edəcək
27.06.2013 - 08:52
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərinin ilk oyunları 2 fərqli saatda başlayacaq. Apasport.az saytının məlumatına görə, avrokubokların 2012/13 mövsümündə startımızı “Qarabağ” “Xəzər Lənkəran” gerçəkləşdirəcək.
Belə ki, ağdamlıların iyulun 2-də Makedoniya “Metallurq”u ilə Skopyedəki matçı Bakı vaxtilə saat 20:45-də başlayacaq. “Xəzər Lənkəran” həmin vaxt Malta “Slima”sı ilə Ta Qalidəki oyuna çıxacaq. Maraqlıdır ki, Avropada 2012/13 mövsümünə startı məhz əyalət təmsilçilərimiz edəcək.
“İnter” isə onlardan fərqli 2 gün sonra evdə oynayacaq. Finlandiya “Mariehamn”ı ilə “Bayıl Arena”dakı matç saat 21:00-da başlayacaq.
Qeyd edək ki, püşkə görə hər 3 klubumuz ilk oyunlarını iyulun 4-də səfərdə keçirməli idi. Ancaq sonradan UEFA “İnter” matçının yerini, “Qarabağ”la “Xəzər Lənkəran”ın gününü dəyişdirdi.

0
0