Millimiz Avstriyada darmadağın oldu
27.06.2013 - 09:17
Millimiz Avstriyada darmadağın oldu
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri Avstriyanın “Kapfenberq” klubu ilə gücünü sınayıb.

Millimiz Avstriyanın aşağı dəstə klubu ilə bacara bilməyib. Belə ki, görüş U-19-un 0:4 hesablı yenilgisi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız bu gun növbəti yoxlama oyununu keçirəcək. Komandamız “Şturm”la gücünü sınayacaq.