Ukraynalı futbolçular klublarımıza baxışa gəliblər
27.06.2013 - 09:28
Ukraynanın bir neçə futbolçusu Azərbaycan klublarına baxışa gəlib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun və Ukrayna yığmasının sabiq futbolçusu Aleksandr Yatsenko “Rəvan”ın düşərgəsində yer alıb. Ötən mövsümü I liqada “Gelios”da keçirən müdafiəçi vətənində “İlyiçevets”, “Dnepr”, “Xarkov” və “Çernomorets”də, Belarusda “Belşina”da oynayıb.
AZAL-a birdən-birə 2 ukraynalı yollanıb. Bunlardan yetirməsi olduğu Kiyev “Dinamo”sunda oynayan Anton Korolçukun karyerası vətəni ilə bağlıdır. Belə ki, o, MOİK, “Krivbass”, “Niva”, “Xarkov”, “Yednist”, “Gelios”, “Krımteplitsa”da çıxış edib. Onunla yol yoldaşı “Poltava”dan gedəndən sonra azad agent olan hücumçu Artur Siryak olub.
Daha bir ukraynalı hücumçu – Vyaçeslav Şevçenko da karyerasını ölkəmizdə davam etdirmək istəyir. Ötən çempionatda “Aleksandriya”da oynayan futbolçu bunadək “Borisfen” və bir sıra Ukrayna klublarında forma geyib.

0
0