“Xəzər Lənkəran”ın almanlarla oyununun vaxtı bilindi
27.06.2013 - 10:45
 “Xəzər Lənkəran”ın almanlarla oyununun vaxtı bilindi
“Xəzər Lənkəran” iyunun 29-da Almaniyanın Regionalliqasında mübarizə aparan “İnqolştadt 04”ün 2-ci komandası ilə gücünü sınayacaq. Apasport.az saytının məlumatına görə, İnqolştadt təmsilçisinin U-23 komandası ilə görüşün başlanma saatına aydınlıq gəlib.

Belə ki, “Xəzər Lənkəran” Almaniya toplanışı zamanı ilk və yeganə oyununu Bakı vaxtı ilə saat 21:00-da keçirəcək. Görüş cənubluların hazırlıq keçdiyi Bad Qöqqinq qəsəbəsində baş tutacaq.

Qeyd edək ki, məhz bundan sonra “Xəzər Lənkəran” Avroliqanın ilk oyunu üçün Maltanın Ta Kali şəhərinə yola düşəcək.