Rusiya klubu “Neftçi” ilə oynayacağını təsdiqlədi
27.06.2013 - 10:49
Rusiya klubu “Neftçi” ilə oynayacağını təsdiqlədi
Rusiyanın “Volqa” klubu “Neftçi” ilə görüşəcəyini təsdiqləyib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu ölkənin Premyer Liqa təmsilçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sabah keçirəcəyi 2 yoxlama oyununda rəqibindən biri çempionumuz olacaq.

Belə ki, Nijni-Novqorod təmsilçisi “Neftçi” ilə yanaşı, yerli “Zalsburq”un ikinci komandası ilə qüvvəsini sınayacaq. Bu, Çempionlar Liqasındakı təmsilçimizin mövsümlərarası fasilədə ilk matçı olacaq. “Neftçi” ardından Rusiyanın digər Premyer Liqa təmsilçisi “Terek”lə, həmçinin Rumıniyanın “Vaslui” klubu və “Xəzər Lənkəran”ın Avroliqada potensial rəqibi olan Hayfa “Makkabi”si ilə üzləşəcək.