“İnter” “Anji”yə uduzdu – YENİLƏNİB
27.06.2013 - 19:55
“İnter” “Anji”yə uduzdu – YENİLƏNİB
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” bu gün Avstriyada sayca 4-cü, ümumilikdə isə 5-ci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” Rusiya Premyer Liqası klubu “Anji” ilə qüvvəsini sınayıb.

Görüşdə “İnter” 1:0 hesabı ilə məğlub olub.

Bununla da, paytaxt təmsilçisi ilk dəfə yoxlama oyununda məğlubiyyət acısı yaşayıb.

Kaxaber Sxadadzenin yetirmələri özü kimi ölkəsində bürünc mükafatçı olan Mahaçqala klubu ilə oynadıqdan sonra vətənə qayıdacaq. Bundan sonra “İnter” Finlandiyanın “Mariehamn” klubu ilə Avroliqanın ilk təsnifat mərhələsindəki oyunun hazırlıqlarını Bakıda davam etdirəcək.

Qeyd edək ki, “İnter” buna qədər Türkiyədə “Kartalspor”u 13:0 və Avstriyada “İnsbruk”u 8:0 məğlub edib. Son 2 görüşdə - “Krasnodar” və Praqa “Slaviya”sı ilə matçlarda isə heç-heçə qeydə alınıb – 0:0 və 1:1.


Yoxlama oyunu
İnter (AZƏRBAYCAN) – Anji (Rusiya) - 0:1