Belarus və San-Marinoda hakimlərimiz olacaq
27.06.2013 - 12:45
Belarus və San-Marinoda hakimlərimiz olacaq
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 11-də keçiriləcək 2 qarşılaşmanı ölkəmizi təmsil edən FIFA referiləri idarə edəcək. Apasport.az saytının məlumatına görə, bunlar Əliyar Ağayevlə Rəhim Həsənovdur.

Onlar Belarus və San-Marinoda ədalət sahibi olacaq. Sabiq FİFA referiləri Vüsal Əliyevlə Fariz Yusifov bu oyunlarda 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab görüşü
11 iyul


Dinamo (Minsk, Belarus) - Kruoya (Litva)
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Vüsal Əliyev

Libertas (San-Marino) - Sarayevo (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov

Qeyd edək ki, digər FİFA referimiz Anar Salmanov AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırıldığı üçün təyinat almayıb.

Mənbə: affa.az