Ruslan Abışov Ukraynanın gümüş medalçısına rəqib oldu
27.06.2013 - 13:37
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun formasını geydiyi “Rubin”in Avstriyadakı ikinci təlim-məşq toplanışında rəqibləri müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Kazan klubunun rəsmi saytı iyulun 3-də Sloveniya “Triqlav”ı, 7-də Rumıniya “Çahleul”u və 10-da Ukrayna “Metallits” ilə yoxlama oyunu keçirəcəyini açıqlayıb.
Bunlardan ilk 2 rəqib son çempionatlarında müvafiq olaraq 8-ci və 14-cü yeri tutubsa, Xarkov təmsilçisi gümüş medalçı kimi Avropa Liqasının iştirakçısı olacaq.
Qeyd edək ki, həmin turnirdə çıxış edəcək “Rubin” Avstriyada Lients adlanan yerdə iyunun 30-dan 13-dək toplanışda olacaq.

0
0