“Qarabağ”ın Bakıdakı oyunu Çexiyanın ən yaxşı hakiminə tapşırıldı
27.06.2013 - 15:14
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” – “Metallurq” oyununu idarə edəcək hakimin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Makedoniyanın gümüş medalçıları arasında iyulun 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçının baş hakimi çexiyalı Radek Mateyek təyin olunub.
40 yaşlı hakim təcrübəli ədalət təmsilçilərindən sayılır. Belə ki, 2004-cü ildən FİFA referisi dərəcəsini daşıyan çexiyalı 2 il sonra ölkəsinin ən yaxşı hakimi seçilib. Mateyek 2008-ci ilin dekabrında UEFA kubokunun qrup mərhələsində debüt edərək, NEK (Hollandiya) – “Udineze” (İtaliya) oyununda baş hakim olub. O, artıq III kateqoriyalı FİFA referisidir.

0
0