“Qəbələ”nin hazırlıqlarında iştirak etməyən var
27.06.2013 - 17:17
Növbəti mövsümün hazırlıqlarına iyunun 25-dən başlayan “Qəbələ” demək olar ki, tam heyətlə məşq edir. Apasport.az saytının məlumatına görə, komandanın yeni transferləri Vladimir Levin, Nizami Hacıyev, İbrahima Niasse, David Petrjkeviç, Lorentso Ebesilio, Dmitri Kramarenko və Abdulvahid Afolabi Qəbələdəki hazırlıqlarda iştirak edir.
Komandada qalması qərara alınan Elmar Baxşıyev, eləcə də “Rəvan”dan icarədən qayıdan Nuran Qurbanov da kollektiv məşqlərə qoşulub. Yalnız bir futbolçu məşqlərdə iştirak etmir ki, bu da qvineyalı müdafiəçi Umar Kalabandır.

0
0